“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
backgroundbackground

Ümumi müraciət sayı

0

Aylıq giriş sayı

0

Günlük giriş sayı

0

Tariximiz

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (bundan sonra «İttifaq» adlanacaq) öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşə, ərazi, sahələr üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının ümumölkə birliyidir.

Struktur

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının strukturu təhsil müəssisələrində fəaliyyət göstərən ilk təşkilat komitələri, rayon (şəhər) komitələri, həmçinin Respublika Komitəsi səviyyəsində təşkilatlanmış olub, vahid mərkəzdən idarə olunan və qarşılıqlı əlaqə əsasında fəaliyyət göstərən çoxpilləli bir sistemdən ibarətdir.

İstirahət mərkəzləri

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin tabeliyində olan, Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən və ərazisi 10 hektar olan “Təhsil” istirahət mərkəzi 11 ildən artıqdır ki, müəllimlərin istifadəsindədir və hər il minlərlə təhsil işçisini qəbul edərək eyni anda 800-dən çox qonağın rahat istirahəti üçün hər cür şərait yaradır.

Üzv təşkilatlar

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 5722 ilk təşkilatda 400 000-ə yaxın ittifaq üzvünü birləşdirir. Bu təşkilatlarda ödənişli əsaslarla çalışan aparat işçilərinin sayı: 408 nəfər

ETİHİ-nin normativ-metodiki sənədləri, tövsiyələri

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Reqlamenti, ETİHİ orqanlarında hesabat-seçkilərin keçirilməsi qaydası haqqında təlimat, ETİHİ-yə üzv təşkilatlarda kargüzarlığın aparılmasına dair təlimat.

Beynəlxalq təşkilatlarla əlaqələr

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Beynəlxalq Əməkdaşlıq çərçivəsində bəzi ölkələrin uyğun həmkarlar ittifaqı təşkilatları ilə təcrübə və informasiya mübadiləsi məqsədi ilə iki tərəfli əlaqələr qurur, eyni zamanda bir sıra beynəlxalq həmkarlar ittifaqlarının tam hüquqlu üzvüdür.

Xəbərlər
Hamısına Bax
xaribulbul-back

Şəhidlərimizi QÜRURLA ANIRIQ!

xaribulbul

Heç bir video tapılmadı.

Təşkilat saytları
Hamısına Bax