“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
Ümumi məlumat

Respublika Komitəsi öz səlahiyyətləri çərçivəsində olan məsələləri müzakirə etmək və müvafiq qərarlar qəbul etmək məqsədilə ildə bir dəfədən az olmayaraq Məclis çağırır.

Məclis, Respublika Komitəsi üzvlərinin üçdə iki hissəsindən az olmayaraq iştirak etdikdə səlahiyyətli hesab olunur. Məclisin çağırılması üçün əsas Rəyasət Heyətinin qərarı sayılır. Eyni zamanda Məclis, Respublika Komitəsi üzvlərinin üçdəbir hissəsinin təşəbbüsü ilə də çağırıla bilər. Bu halda təkliflər yazılı şəkildə Rəyasət Heyətinin müzakirəsinə təqdim olunur. Əgər Məclisin çağırılmasının zəruriliyini təsdiq edən əsaslar olarsa, Rəyasət Heyəti bununla bağlı qərar qəbul edir.

Məclisin gündəliyinin layihəsi və iş qaydası Rəyasət Heyəti tərəfindən hazırlanır və Məclisdə təsdiqlənir. Respublika Komitəsinin hər bir üzvü gündəliklə bağlı öz fikrini və təklifini sərbəst şəkildə ifadə edə, həmçinin tənqidi qeydlərini yazılı formada təqdim edə bilər. Rəyasət Heyəti Respublika Komitəsi üzvlərinə Məclisin keçiriləcəyi yer, vaxt və gündəlik barədə əvvəlcədən məlumat verir.

Məclisdə müzakirəyə çıxarılan məsələlərin hazırlanması məqsədilə Respublika Komitəsinin üzvlərindən ibarət işçi qruplar və komissiyalar yaradıla bilər. Rəyasət Heyəti, Respublika Komitəsi üzvlərinə həmin məsələlərlə bağlı sənəd və materiallarla əvvəlcədən tanış olmaq imkanı yaradır.