
Ali təhsil müəssisələrinin tələbələri arasında intellektual yarış
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) gənclərin intellektual potensialının inkişafına, yaradıcılıq və əməkdaşlıq mühitinin təşviqinə xüsusi önəm verir. Bu məqsədlə ali təhsil müəssisələrinin tələbələri arasında intellektual yarış layihəsi həyata keçirilir.
Layihənin məqsədi: tələbələrin bilik səviyyəsini yüksəltmək, düşünmə və problem həll etmə bacarıqlarını gücləndirmək, eləcə də universitetlər arasında sağlam rəqabət və əməkdaşlıq mühitini formalaşdırmaqdır.
Yarış çərçivəsində təşkil olunanlar:
• akademik biliklərə əsaslanan sual-cavab mərhələləri;
• komanda və fərdi intellektual oyunlar;
• yaradıcılıq və analitik bacarıqları ölçən tapşırıqlar;
• qaliblərin mükafatlandırılması və təcrübə imkanlarının təqdim olunması.
Bu layihə tələbələr üçün bilik, strateji düşüncə və komanda işinin əhəmiyyətini ön plana çıxaran dəyərli bir platformadır.

Hənifə Məlikova adına “Qızların Təhsilinə Dəstək” layihəsi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) qızların təhsil imkanlarının genişləndirilməsinə, onların sosial rifahının və intellektual inkişafının dəstəklənməsinə xüsusi önəm verir. Bu istiqamətdə ETİHİ Hənifə Məlikova adına “Qızların Təhsilinə Dəstək” layihəsinə dəstək verir.
Layihənin məqsədi:
Gələcəyin savadlı, azad düşüncəli və sosial cəhətdən fəal qadınlarının formalaşmasına dəstək göstərməkdir. Layihə, maddi və sosial çətinliklər səbəbindən təhsil imkanları məhdudlaşan qızların təhsilə davamlılığını təmin etmək və onların ali təhsil yolundakı maneələri aradan qaldırmağı hədəfləyir.
Əsas fəaliyyət istiqamətləri:
• təqaüd proqramı və maddi dəstək mexanizmlərinin tətbiqi;
• təhsil resurslarının ( dərsliklər, dəftərxana ləvazimatları, texniki vasitələr ) təmin olunması;
• peşə yönümlü və motivasiya xarakterli seminarların təşkili;
• ailələr və yerli icmalarla maarifləndirici görüşlərin keçirilməsi.
Təqaüd proqramı:
“Hənifə Məlikova adına Qızların Təhsilinə Dəstək” təqaüd proqramı çərçivəsində tələbə qızlara aylıq maliyyə yardımı təyin olunur. İndiyədək bu proqramdan ümumilikdə 189 tələbə faydalanıb.
Layihənin əhəmiyyəti:
Bu layihə yalnız təhsil dəstəyi deyil, həm də cəmiyyətin gələcəyinə, qadınların sosial mövqeyinin möhkəmləndirilməsinə verilmiş dəyərdir. Hənifə Məlikovanın xatirəsini daşıyan bu təşəbbüs bir mesajı daşıyır: Qız övladının təhsili bütöv bir toplumun inkişafıdır.

Milli Təhsil Zirvəsi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) tərəfindən dəstəklənən "Milli Təhsil Zirvəsi" ölkəmizdə təhsil sahəsinin inkişafına yönəlmiş əhəmiyyətli bir təşəbbüsdür. Bu layihə pedaqoji innovasiyaları, keyfiyyətli təhsil standartlarını və sektorun bütün maraqlı tərəfləri arasında əməkdaşlığı təşviq edir.
Zirvənin əsas vəzifəsi müəllimlər, tələbələr, təhsil rəhbərliyi və sahə ekspertlərini vahid məkanda birləşdirərək uğurlu təcrübələrin paylaşılması və pedaqoji yeniliklərinin geniş müzakirəsidir.
Layihənin əhatə dairəsi aktual panel və seminarları, müasir tədris metodlarının təqdimatını, yerli və beynəlxalq təcrübə mübadiləsini, peşəkar inkişaf sessiyalarını və təhsil siyasətində yeni təşəbbüslərin müzakirəsini əhatə edir.
Zirvə iştirakçıları müasir pedaqoji yanaşmalarla tanış olaraq peşəkar bacarıqlarını təkmilləşdirmək və yeni əməkdaşlıq şəbəkələri qurmaq imkanı qazanırlar.

“Qarabağ Təqaüd Proqramı” layihəsi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ) ölkəmizdə gənclərin təhsil imkanlarının genişləndirilməsi və bölgələrdə insan kapitalının inkişafı istiqamətində mühüm təşəbbüslərə dəstəyini davam etdirir.
Xankəndi şəhərində keçirilmiş “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” çərçivəsində ETİHİ “Qarabağ Təqaüd Proqramı”na qoşulub. Bu layihə çərçivəsində Qarabağ Universitetində təhsil alan 50 tələbənin təqaüdlə təmin edilməsi öhdəliyi götürülüb.
Layihənin məqsədi – Qarabağ bölgəsində təhsil alan gənclərin sosial rifahına dəstək göstərmək, onların bilik və bacarıqlarını inkişaf etdirməklə yanaşı, bölgədə təhsilin dayanıqlı inkişafına və insan kapitalının gücləndirilməsinə töhfə verməkdir.
Bu təşəbbüs:
• gənclərin ali təhsilə əlçatanlığını artırır,
• təhsilalanların sosial təminatına dəstək verir,
• bölgənin intellektual və elmi potensialının formalaşmasına xidmət edir,
• sosial məsuliyyətin və həmrəyliyin bariz nümunəsidir.
ETİHİ bu proqramda iştirakını təhsilə, gənclərin gələcəyinə və Qarabağın inkişafına verilən dəyərin göstəricisi kimi qiymətləndirir. Gələcəkdə də bu kimi layihələrin dəstəklənməsi təşkilatın strateji hədəfləri sırasında yer alır.

Peşə təhsilinin əhatə dairəsinin artırılması və əmək bazarında ixtisaslı kadrların formalaşdırılması
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ) tərəfindən həyata keçirilən bu layihənin əsas məqsədi peşə təhsilinin imkanlarını genişləndirmək və əmək bazarının müasir tələblərinə uyğun, bacarıqlı və ixtisaslı kadrların hazırlanmasına dəstək verməkdir.
Layihə həm gənclər, həm də böyüklər arasında peşə təhsilinə marağı artırmaqla yanaşı, istehsalat və xidmət sahələrində keyfiyyətli işçi qüvvəsinin formalaşmasına xidmət edir.
Layihənin əsas prioritetləri:
• peşə təhsilinin əlçatanlığının artırılması və coğrafi əhatəsinin genişləndirilməsi;
• əmək bazarının real tələblərinə uyğun ixtisas proqramlarının hazırlanması;
• təhsil və iş dünyası arasında əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi;
• iş yerində təlim və təcrübə imkanlarının genişləndirilməsi ilə praktik bacarıqların artırılması;
• peşə təhsili üzrə fəaliyyət göstərən regional mərkəzlərin təşviqi və dəstəklənməsi.
Əsas fəaliyyət istiqamətləri:
• müasir avadanlıqlarla təchiz edilmiş tədris laboratoriyalarının yaradılması;
• işəgötürənlərlə birgə praktik təcrübə proqramlarının təşkili;
• sertifikatlaşdırma və qiymətləndirmə mexanizmlərinin tətbiqi;
• müəllim və təlimçilər üçün peşəkar inkişaf proqramlarının həyata keçirilməsi;
• peşə təhsilinin kütləvi informasiya vasitələrində və ictimai platformalarda təşviqi.
Layihənin əhəmiyyəti:
Peşə təhsilinin inkişafı ölkəmizin sosial-iqtisadi tərəqqisinin vacib dayaqlarından biridir. ETİHİ olaraq, bu layihə vasitəsilə həm gənclərin, həm də peşəkar fəaliyyətdə olan işçilərin praktiki bacarıqlarının artırılmasına və əmək bazarında rəqabətqabiliyyətli mövqe qazanmalarına töhfə verməyi hədəfləyirik.

TəhsilPlus
TəhsilPlus təhsil işçilərinin sosial rifahını dəstəkləyən və gündəlik həyatını asanlaşdıran çoxfunksional kart layihəsidir.
2025-ci il iyulun 18-də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) dəstəyi ilə ictimaiyyətə təqdim edilən bu kart ölkə üzrə 450 min pedaqoji və inzibati heyəti əhatə etməyi hədəflənib.
Kartın əsas üstünlükləri:
• Təhsil xidmətlərində güzəştlər (kurslar, təlimlər, peşəkar inkişaf proqramları)
• Sağlamlıq və tibbi xidmətlərdə endirimlər (xüsusi klinikalar və sağlamlıq mərkəzləri)
• İaşə və gündəlik xidmətlərdə sərfəli imkanlar
• İstirahət və mədəniyyət tədbirlərində xüsusi şərtlər
• Rəqəmsal xidmətlərdə üstünlüklər
TəhsilPlus yalnız bir sosial dəstək aləti deyil, həm də təhsil işçilərinin həyat keyfiyyətini artırmağa yönəlmiş strateji təşəbbüsdür.

“TələbəPlus” layihəsi
Elm və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının tərəfdaşlığı və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilən TələbəPlus layihəsi əhəmiyyətli uğurlar əldə edib.
Layihə çərçivəsində ölkənin 23 ali təhsil müəssisəsində bakalavriat, magistratura və doktorantura pillələrində təhsil alan 190 min tələbə innovativ TələbəPlus kartları ilə təmin edilib. Bu kartlar tələbələrə təhsil, rəqəmsal bacarıqlar, sağlamlıq, iaşə və intellektual inkişaf sahələrində endirimlər və xüsusi üstünlüklər təqdim edir.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Qarabağ Universiteti də daxil olmaqla bir sıra universitetlərdə infosessiyalar keçirilib. Minlərlə tələbə layihənin imkanları ilə tanış olub, tərəfdaş qurumlar isə təqdim etdikləri xidmətlər və güzəştlər barədə məlumat paylaşıblar. Layihənin tərəfdaşları sırasında “Code Academy”, “Family School”, “Fibonaççi” intellektual oyunları, Azerconnect Group, Bakcell və Birbank kimi nüfuzlu təşkilatlar yer alır.
İyun ayında Qarabağ Universitetində baş tutan Qarabağ Təhsil və Dövlət-Özəl Tərəfdaşlığı Forumu isə layihənin işğaldan azad olunmuş ərazilərdə təhsil infrastrukturunun gücləndirilməsinə mühüm töhfə verdiyini nümayiş etdirib. Forumda dövlət və özəl sektor nümayəndələri gələcək təqaüd proqramları və innovativ layihələr barədə müzakirələr aparıblar.
TələbəPlus tələbələrin akademik inkişafını dəstəkləyən, sosial rifahını yüksəldən və onları gələcək karyeralarına daha hazırlıqlı edən strateji təşəbbüsdür.