“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
Əsas səhifə“Təhsil” istirahət mərkəzi
“Təhsil” istirahət mərkəzi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin tabeliyində olan “Təhsil” istirahət mərkəzi Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşir.

Ərazisi 10 hektar olan “Təhsil” istirahət mərkəzi artıq 11 ildən çoxdur ki, müəllimlərin istifadəsindədir. İstirahət mərkəzində hər il minlərlə təhsil işçisi dincəlir və eyni anda 800-dən çox qonağın rahat istirahəti üçün hər cür şərait yaradılıb.

Mərkəzdə üç əsas korpus fəaliyyət göstərir:

Birinci korpusda 62 nömrə mövcuddur:
• 22 nömrə – bir otaqlı, 1 nəfərlik
• 40 nömrə – iki otaqlı, 2 nəfərlik

İkinci korpusda 71 nömrə mövcuddur:
• 68 nömrə – bir otaqlı, 3 nəfərlik
• 3 nömrə – iki otaqlı, 5 nəfərlik

Üçüncü korpusda 45 nömrə mövcuddur:
• 12 nömrə – bir otaqlı, 3 nəfərlik
• 33 nömrə – iki otaqlı, 5 nəfərlik

Son illərdə mərkəzdə 2 yeni korpus və ikimərtəbəli kotteclər istifadəyə verilib. Təhsil işçilərinin rahatlığını təmin etmək üçün bütün otaqlar kondisioner, televizor, soyuducu və yüksək sürətli internetlə təchiz olunub.

İstirahətin daha yaddaqalan və faydalı olması üçün mərkəzin ərazisində idman zalı, fitnes mərkəzi, sauna, futbol və voleybol meydançaları, 2 tennis kortu fəaliyyət göstərir. Park ərazisində uşaqlar üçün trenajorlar və müxtəlif atraksionlardan ibarət oyun meydançası quraşdırılıb. Ərazi ağaclar və güllərlə yaşıllaşdırılıb.

Təhsil işçilərinin istifadəsində 2 açıq və 1 qapalı hovuz da var. Hovuzların suyu mütəmadi olaraq təmizlənir və dezinfeksiya olunur.

Mərkəzin mətbəxi və yeməkxanası yenidən təmir olunaraq genişləndirilib və müasir avadanlıqlarla təchiz olunub.

Böyük tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş 120 nəfərlik konfrans zalı da bütün texniki imkanlarla təmin edilib.
Xaçmaz rayonu, Nabran qəsəbəsi