AHİK-in üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ittifaq üzvlərinin hüquqlarını qorumaq və beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədilə bir sıra ölkələrin həmkarlar ittifaqları ilə qarşılıqlı əlaqələr qurmuşdur. Bu çərçivədə Albaniya, Belarus, Bolqarıstan, Bosniya və Herseqovina, Estoniya, Gürcüstan, İsrail, İsveç, Latviya, Litva, Macarıstan, Malta, Misir, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Serbiya, Sloveniya, Şimali Makedoniya, Türkiyə və Ukrayna kimi ölkələrin müvafiq həmkarlar ittifaqı təşkilatları ilə əməkdaşlığa dair Memorandumlar imzalanmışdır. Digər ölkələrin təcrübəsindən yararlanaraq təhsil işçilərinin sosial müdafiəsini gücləndirmək və peşəkar inkişafına töhfə vermək məqsədilə Respublika Komitəsi tərəfdaşlarla təcrübə mübadiləsi aparır, seminarlar, forumlar, konfranslar, təhsil və təlim proqramları təşkil edir, ittifaq üzvlərinin maraqlarına uyğun beynəlxalq forumlarda ortaq mövqelər formalaşdırır və beynəlxalq aksiyalara dəstək verir.

Albaniya Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı

Belarus Təhsil və Elm İşçiləri Həmkarlar İttifaqı

Bolqar Müəllimlər Birliyi

Bosniya və Herseqovina Təhsil, Elm və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı

Eğitim-Bir-Sen

Estoniya Təhsil İşçiləri Birliyi

Gürcüstan Elm və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı

İsrail Müəllimlər Birliyi

İsveç Müəllimlər Birliyi

Latviya Elm və Təhsil İşçilərə Həmkarlar İttifaqı

Litva Elm və Təhsil İşçilərə Həmkarlar İttifaqları Federasiyası

Macarıstan Müəllimlər Birliyi

Şimali Makedoniya Elm, Təhsil və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı

Malta Müəllimlər Birliyi

Misir Elm və Təhsil Araşdırmaları Ümum Həmkarlar İttifaqı

Özbəkistan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

Qırğızıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

Rusiya Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sverdlovsk Vilayəti Həmkarlar İttifaqı

Rusiya Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

Serbiya Müəllimlər Birliyi

Sloveniya Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

Tacikistan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

Türk-Eğitim-Sen
