“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
Məclisin səlahiyyəti

Respublika Komitəsinin Məclisi aşağıdakı məsələlərlə əlaqədar qərarlar qəbul edir:

Konfransın (qurultayın) çağırılması.

Konfransın (qurultayın) gündəliyinin, reqlamentinin, hesabat məruzəsinin və qərar layihəsinin təsdiqi.

Konfransa (qurultaya) nümayəndəlik norması və nümayəndələrin seçilməsi qaydalarının müəyyən edilməsi.

Respublika Komitəsinin reqlamenti və Rəyasət Heyətinin fəaliyyəti ilə bağlı məsələlərin tənzimlənməsi.

Respublika Komitəsi aparatının strukturunun müəyyənləşdirilməsi.

Assosiasiyaların, bölmələrin, komissiyaların yaradılması və onların tərkibinin təsdiq olunması.

Respublika Komitəsinin sədrinin, müavinlərinin və üzvlərinin seçilməsi və ya vəzifədən azad olunması.

Respublika Komitəsi üzvləri sırasından Rəyasət Heyətinin seçilməsi.

Şöbə müdirlərinin təsdiq və ya azad olunması barədə Rəyasət Heyətinin qərarlarının təsdiqlənməsi.

Ərazi və ilk həmkarlar ittifaqı təşkilatlarının nizamnaməyə zidd qərarlarının ləğv edilməsi.

Respublika Komitəsinin büdcəsinin, gəlir və xərclər smetasının təsdiqi.

Ərazi və ilk həmkarlar ittifaqı təşkilatlarının işçiləri üçün əməkhaqqı üzrə normativlərin müəyyənləşdirilməsi.

Həmkarlar ittifaqının rəmzləri və fərqlənmə nişanları, həmçinin onların əsasnamələrinin təsdiqi.

Həmkarlar ittifaqı üzvlərinin mənəvi və maddi həvəsləndirmə sistemi ilə bağlı qərarların qəbul edilməsi.

Həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinə dair normativ sənədlərin qəbulu.

Nəşriyyat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələlərin tənzimlənməsi.

Həmkarlar ittifaqı ilə əlaqədar müxtəlif məsələlər üzrə qərarların qəbul edilməsi.