Haqqımızda
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 1920-ci il iyunun 9-da Azərbaycan Mədəni-Maarif İşçiləri Həmkarlar İttifaqı adı ilə təsis olunub. Həmin vaxta qədər isə Azərbaycanda bir neçə müəllim ittifaqları fəaliyyət göstərib. Sonrakı illərdə bu təşkilat müxtəlif adlar altında fəaliyyətini davam etdirib və 1990-cı ildən etibarən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) adını alıb. 2025-ci ilin iyul ayından etibarən ittifaqın adı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi olaraq dəyişdirilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olaraq təhsil işçilərinin və tələbələrin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən iş yeri, peşə, ərazi, sahə üzrə yaradılmış ümumrespublika birliyidir.

İttifaqın struktur genişliyi və üzv sayı
İttifaq ölkənin bütün bölgələrində fəaliyyət göstərən 5700-dən çox ilk həmkarlar ittifaqı təşkilatını və 400 minə yaxın üzvü özündə birləşdirir.

Beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi
İttifaq beynəlxalq əməkdaşlıq çərçivəsində bir sıra ölkələrin müvafiq həmkarlar ittifaqı təşkilatları ilə təcrübə və informasiya mübadiləsi məqsədilə ikitərəfli əlaqələr qurur. Eyni zamanda bir neçə beynəlxalq həmkarlar ittifaqı təşkilatının tam hüquqlu üzvüdür.
ETIHI Respublika Komitəsinin fəaliyyət istiqamətləri:



