“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
Əsas səhifəAli orqanlar
Qurultay

İttifaqın ali orqanı beş ildə bir dəfə çağırılan qurultaydır. Qurultaylararası dövrdə həmkarlar ittifaqının ali orqanı Respublika Komitəsidir. Qurultayın çağırılması və gündəliyi barədə məlumat ən azı 90 gün əvvəl elan olunur. Qurultaya nümayəndəlik norması və nümayəndələrin seçilməsi qaydası Respublika Komitəsi tərəfindən müəyyən edilir.

Qurultay nümayəndələrinin səlahiyyəti, seçildikləri həmkarlar ittifaqı orqanının səlahiyyət müddəti qədər qüvvədə qalır. Seçilmiş orqan üzvlərinin üçdəbir hissəsinin təşəbbüsü ilə növbədənkənar qurultay (konfrans) çağırıla bilər. Bu halda onun keçirilməsi və gündəliyi barədə qərar ən azı 30 gün əvvəl elan olunur.

Qurultay səlahiyyəti:

İttifaqın nizamnaməsini qəbul edir, ona dəyişikliklər və əlavələr edir.

İttifaqın Təftiş Komissiyasını, Respublika Komitəsinin sədrini və katibini seçir.

Respublika Komitəsinin və Təftiş Komissiyasının səlahiyyətlərini təsdiq edir.

Respublika Komitəsinin və Təftiş Komissiyasının hesabatlarını dinləyir, növbəti və ümumi vəzifələri müəyyənləşdirir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultayı, məclisi və digər beynəlxalq qurumlar üçün nümayəndələr seçir.