“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
Əsas səhifə“Nazlı bulaq” istirahət mərkəzi
“Nazlı bulaq” istirahət mərkəzi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin tabeliyində fəaliyyət göstərən “Nazlı bulaq” istirahət mərkəzi Quba rayonunun füsunkar təbiətə malik turizm bölgəsində, Quba-Xınalıq yolunun üzərində yerləşir. Özünün əsrarəngiz mənzərəsi, təmiz havası və ailəvi istirahət üçün əlverişli şəraiti ilə seçilən bu mərkəz artıq minlərlə təhsil işçilərinin sevimli istirahət məkanına çevrilib.

51 kotecdən ibarət olan istirahət kompleksində eyni anda yüzlərlə qonağın rahat istirahəti üçün şərait yaradılıb. Mərkəzdə 200 nəfərlik geniş qapalı qış zalı, 2 kiçik banket zalı və uşaqlar üçün nəzərdə tutulmuş 200 kvadrat metrlik yay əyləncə zonası fəaliyyət göstərir. Təhsil işçilərinin aktiv və maraqlı istirahəti üçün tennis, bilyard və voleybol meydançaları fəaliyyət göstərir. Qonaqlar üçün şou proqramlar, konfrans zalı və camaşırxana da mövcuddur.

“Nazlı bulaq” təkcə mənzərəsi ilə deyil, həm də müalicəvi xüsusiyyətləri ilə tanınır. Buradakı bulaq sularının faydalı xüsusiyyətləri səbəbilə bu məkan həm fiziki, həm də mənəvi rahatlıq axtaran qonaqlar üçün ideal seçimdir.

Mərkəz yalnız yay aylarında deyil, ilin soyuq fəsillərində də fəaliyyət göstərir. Qış aylarında burada dağ yürüşləri, ekstrem idman növləri və adrenalin sevənlər üçün maraqlı fəaliyyətlər təşkil olunur.

İstirahət zamanı qonaqlar Quba mətbəxinin ənənəvi ləzzətlərindən də dadmaq imkanı əldə edirlər. Kənd mətbəxinin özünəməxsus təamları: kabab, düşbərə, paxlava və digər yerli yeməklər xüsusi reseptlərlə hazırlanaraq təqdim olunur.

Əziz təhsil işçiləri!

“Nazlı bulaq” İstirahət Mərkəzi təbiətin qoynunda dincəlmək və enerji toplamaq üçün ideal məkandır. Mərkəz ilboyu fəaliyyət göstərir və sizi təbiətin qoynunda dincəlməyə dəvət edir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi hər zaman çoxsaylı ittifaq üzvlərinin xidmətindədir və onların rifahı üçün çalışmaqdan qürur duyur.
Quba rayonu, Qırız Dəhnə kəndi