Rəhbərlik

Sədrin müşaviri
Qurbanov Əlisa Əliheydər oğlu
1967: anadan olmuşdur.
Təhsil
1984 - 1989: N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialının Mühasibat uçotu və maliyyə təsərrüfatı fakültəsində təhsili almışdır.
Karyera
1989 - 1990: Masallı rayonu Maliyyə şöbəsində böyük təftişçi vəzifəsində çalışmışdır.
1990 - 2001: Masallı rayonu üzrə Dövlət Vergi Müfəttişliyində böyük dövlət vergi müfəttişi, şöbə rəisi, bölmə rəisi vəzifələrində çalışmışdır.
2001 - 2008: Vergilər İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır.
2008 - 2018: Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentində və Bakı şəhər Kiçik Sahibkarlıq İş Departamentində rəhbər vəzifələrdə çalışmışdır.
2021 - 2022: Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində daxili auditor vəzifəsində çalışmışdır.
2023 - 2024: Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” ASC-də İnsan resursları və işin təşkili şöbəsində böyük mütəxəssis vəzifəsində çalışmışdır.
2025: Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində sədrin müşaviri vəzifəsində çalışır.
Ailəlidir, 4 övladı var.



