“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçiləri üçün ekskursiyalar təşkil olunub.

12/06/2025, 17:28
xeber1

 Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Oğuz Rayon Komitəsinin təşkilatçılığı ilə ittifaq üzvlərinin asudə vaxtının səmərəli təşkili məqsədilə birgünlük ekskursiyalar həyata keçirilib.

Muxas kənd tam orta məktəbinin ittifaq üzvləri Şuşa və Xankəndi şəhərlərinə, Böyük Söyüdlü kənd tam orta məktəbinin ittifaq üzvləri isə İsmayıllı rayonuna ekskursiya ediblər. Ekskursiyaların əsas məqsədi Vətənimizin mədəni və tarixi bölgələrini ziyarət etmək, 30 illik həsrətə son qoyulan doğma torpaqlarımızla tanışlıq, eləcə də istirahət və maarifləndirməni bir arada təmin etməkdir.

Ekskursiya iştirakşəları göstərilən dəstəyə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: