Xəbərlər
Təhsildə yüksək nəticə göstərən məzunlarla görüş keçirilmişdir.
09 sentyabr 2025-ci il tarixdə Oğuz rayonunda 2024-2025-ci tədris ilində öz bilik və bacarıqları ilə fərqlənən şagirdlərlə tədbir keçirilmişdir.Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin başçısı
Cavid Əbdul-Qədirov,Yeni Azərbaycan Partiyası Oğuz rayon Təşkilatının sədri Saleh Məhərrəmov,Oğuz rayon Təhsil Sektorunun müdiri Sərdar Nəbiyev,ETİHİ Oğuz rayon Komitəsinin sədri Fərman İbrahimov, müəssisə rəhbərləri və yüksək nəticə göstərən şagirdlər iştirak etmişlər.
Tədbirdə Dövlət himni səsləndirilmiş, şəhidlərin xatirəsi sükutla yad edilmişdir.Oğuz rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov məzunları təbrik etmiş,onlara öz səmimi arzula-rını çatdırmışdır.Oğuz rayon Təhsil Sektorunun müdiri Sərdar Nəbiyev çıxış edərək 2024-2025ci tədris ilində Oğuz təhsilinin nəaliyyətləri haqqında geniş məlumat vermişdir.Tədbirdə digər çıxış edənlərdə Azərbaycan Respublikasının Prezdenti cənab İlham Əliyevin təhsilə göstərdiyi qayğıdan,bu qayğının respublikamızın bütün bölgələrində, o cümlədən Oğuz rayonundada daha çox hiss edildiyini qeyd etdilər. Məzunlar çıxış edərək göstərilən qayğı ,diqqət və tədbirin təşkilinə görə öz minnətdarlıqlarını bildirmişlər.Tədbirin sonunda tədris ilində yüksək nəticələrəldə etmiş şagrdlərə təşəkkürnamə,fəxri fərman və hədiyyələr təqdim olunmuşdur.Xatirə şəkilləri çəkilmişdir.



