“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Oğuz rayonunun təhsil müəssisələrində "Son zəng"tədbiri keçirilmişdir.

14/06/2025, 17:07
xeber1

    14 iyun 2025-ci il tarixdə Oğuz rayon Həbib Babayev adına 1 saylı tam orta ümumtəhsil məktəbində son zəng tədbirində iştirak etdik. Tədbirdə Oğuz rayon Təhsil Sekorunun müdiri Sərdar Nəbiyev,məktəb pedoqoji kollektivi,Şəhid ailələri,valideyinlər iştirak edirdilər.Tədbir Dövlət himninin səsləndirilməsi ilə başladı,şəhidlərin xatirəsi sükutla yad edildi.

   Məktəbin direktoru Xatirə Novruzova çıxış edərək 2024-2025-ci tədris ilində məktəbin nəaliyyətləri haqqında məlumat verdi.Daha sonra Oğuz rayon Təhsil Sektorunun müdiri Sərdar Nəbiyev,ATİAHİ Oğuz rayon Komitəsinin sədri Fərman İbrahimov çıxış edərək məzunlara öz səmimi arzularını çatdırmışlar. Məzunlar çıxış edərək gənc nəsil kimi formalaşmalarında xidmətləri olan bütün təhsil işçilərinə öz minnətdarlıqlarını bildirmişlər. Tədbirin sonunda təhsil sahəsində göstərdikləri nəaliyyətlərə görə bir qrup təhsil alan diplomlarla təltif olunmuşdur.Eyni zamanda təhsil sahəsində nəticələri yüksək olan təhsil işçilərinə ATİAHİ Oğuz rayon Komitəsi tərəfindən hədiyyələr təqdim olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: