“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"65 illik ömrünün ən dəyərli ilərini təhsilə həsr edən müəllimə - Sevil Xubyarova yubileyi münasibətilə təltif olunub!“

18/10/2025, 22:39
xeber1

Şabran şəhər Məmməmağa Nəzirov adına 4 saylı tam orta ümumtəhsil məktəbin Azərbaycan dili və Ədəbiyyat fənn müəllimi Sevil Xubyarovanın 65 yaşı tamam olub. Bu münasibət ilə,müəllimə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran Rayon Komitəsi tərəfindən qiymətli hədiyyələr və fəxri-fərmanla təltif edilib.

  Müəllimə, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və İttifaqın sədri Cənab Araz Paşayevə təhsil işçilərinə göstərdiyi xüsusi diqqət və qağıya görə dərin təşəkkürlərini bildirib.

   Sevil müəllimin təhsil sahəsindəki yorulmaz əməyi və şagirdlərinə verdiyi dəyərli biliklər heç vaxt unudulmayacaq. Hər bir şagirdinin həyatında dərin iz qoymuş Sevil müəlliməyə peşəkar fəaliyyətindəki uğurlarının davamını diləyirik. 

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: