“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Oğuzda 26-iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü qeyd olunmuşdur.

24/06/2025, 16:47
xeber1

  24 iyun 2025-ci il tarixdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Oğuz rayon Komitəsinin təşkilatçılığı ilə 26 iyun Silahlı Qüvvələr günü münasibətilə tədbir keçirilmişdir.Tədbirdə ATİAHİ Oğuz rayon Komitəsinin sədri Fərman İbrahimov ,Oğuz rayon Təhsil Sektorunun müdiri Sərdar Nəbiyev,təhsil işçiləri,şəhid ailələri və müharibə iştirakçıları iştirak etmişlər.

    Tədbir başlamamışdan əvvəl şəhidlərin məzarları ziyarət olunmuş,üzərinə gül çiçək dəstələri qoyulmuşdur.Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.Silahlı Qüvvələr günü münasibətilə tədbirdə Oğuz rayon Xaçmaz qışlaq kənd tam orta məktəbinin müəllimi Mustafazadə Araz,Zərrab kənd tam orta ümumtəhsil məktəbinin direktoru,Vətən müharibəsi iştirakçısı Kamilli Cavid,Padar kənd tam orta ümumtəhsil məktəbinin ilk həmkarlar təşkilatının sədri Vəliyev Sərxan çıxış etmişlər.Onlar öz çıxışlarında Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən və onun nəaliyyətləri haqqında geniş məlumat vermişlər.

  Oğuz rayon Təhsil Sektorunun müdiri Sərdar Nəbiyev və ATİAHİ Oğuz rayon Komitəsinin sədri Fərman İbrahimov çıxış edərək iştirakçılara öz səmimi arzularını çatdırmışlar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: