Xəbərlər
"18 Oktyabr-Müstəqilliyin Bərpası Günü" münasibətilə məktəbli qızlar arasında həndbol idman növü üzrə İsmayıllı rayon turniri keçirildi.

🗒️ 15 oktyabr 2025-ci il tarixində İsmayıllı OİK-də ETİHİ İsmayıllı Rayon Komitəsinin,Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və İsmayıllı Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə "18 Oktyabr-Müstəqilliyin Bərpası Günü" münasibətilə məktəbli qızlar arasında həndbol idman növü üzrə İsmayıllı rayon turniri keçirildi.
🇦🇿Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra yarışa stard verildi.
🏐Sonda I,II,III yerləri tutmuş komandalar təşkilatçılar tərəfindən diplom və kubokla mükafatlandırıldı.
🥇A.Məmmədov adına Diyallı kənd
tam orta məktəbi;
🥈İsmayıllı şəhər 5 nömrəli tam orta
məktəb;
🥉N.Behdiyev adına 6 nömrəli tam
orta məktəb;
🥉İsmayıllı şəhər 4 nömrəli tam orta
məktəb
#ETİHİ #AHİK #MüstəqilAzərbaycan #birkimibirlikdə









