Xəbərlər
27 sentyabr Anım günü tədbiri keçirilmişdir.

Oğuz şəhər Emin Abdullayev adına İnternat Tipli Texniki və Təbiət Təmayüllü Liseyin təşkilatçılığı ilə 27 sentyabr Anım günü tədbiri keçirilmişdir.Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin nümayəndəsi Vasif İsgəndərov, ETİHİ Oğuz rayon Komitəsinin sədri Fərman İbrahimov,məktəbin kollektivi və şəhid ailələri iştirak etmişlər.
Tədbirdə dövlət himni səsləndirilmiş, şəhidlərin xatirəsi sükutla yad edilmişdir.Tədbiri giriş sözü ilə məktəbin direktoru Qəmzə Süleymanova açaraq 27 sentyabr Anım günü ilə əlaqədar məlumat vermişdir.Çıxış edənlər Vasif İsdəndərov, Fərman İbrahimov, Tərlan Fərəcov belə tədbirlərin keçirilməsinin daima vacibliyindən ,44 günlük Vətən müharibəsində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıqları qeyd etmişlər.Şəhid anası Kişbər Əliyeva şəhid ailələri adından çıxış edərək göstərilən qayğl və diqqətə görə öz minnətdarlığını bildirdi.
Alah bütün şəhidlərə rəhmət eləsin.








