“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

28 May – Müstəqillik Gününə həsr olunmuş “Bilik yarışması”

25/05/2025, 12:45
xeber1

Suraxanı Rayon Komitəsinin iştirakı ilə rayonun 87 nömrəli tam orta məktəbində 28 May – Müstəqillik Gününə həsr olunmuş “Bilik yarışması” keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb,iştirakçılar arasında yüksək coşqu və vətənpərvərlik ruhu hiss olunub.

Tədbirdə məktəbin direktoru Kəmalə İbrahimova, komitənin sədri Fərhad Həsənov və aparıcı mütəxəssisi Səkinə Seyidova iştirak edib, komandalara uğurlar arzulayıblar. Yarışmanın sonunda qalib komandalar mükafatlandırılıblar.

Tədbirdən sonra isə şagirdlərin hazırladığı əl işlərindən ibarət sərgiyə baxış keçirilib, onların yaradıcılıq qabiliyyəti və vətənə sevgi hissi xüsusi vurğulanıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: