Xəbərlər
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü və şəhid müəllimlərin əziz xatirəsinə həsr olunmuş voleybol yarışı
04/10/2025, 15:09

Elm və Təhsil İşçiləri Suraxanı Rayon Komitəsi təhsil işçiləri arasında 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü və şəhid müəllimlərin əziz xatirəsinə həsr olunmuş voleybol yarışı keçirilib.
44 günlük Vətən müharibəsində 760 təhsil işçisi düşmənə qarşı vuruşmuş, onlardan 20 nəfəri şəhidlik zirvəsinə ucalaraq adlarını qəhrəmanlıq salnaməsinə yazdırmışdır.
Şəhid müəllimlərimizi dərin hörmət və ehtiramla yad edir, bütün müəllimlərimizi peşə bayramı münasibətilə təbrik edirik!









