Xəbərlər
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Fəxri Fərman və hədiyə təqdim edilib.

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Qadınlar Günü münasibətilə təhsil sahəsində səmərəli fəaliyyəti ilə seçilən bir qrup qadın təhsil işçisi ilə görüş keçirilib.
Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Tədrisin keyfiyyəti sektorunun müdiri Elmin Məmmədtağıyev, və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsinin sədri Niyazi Nəbiyev bir qrup qadın təhsil işçiləri iştirak edib.
Sonda tədbirdə iştirak edən qadın təhsil işçilərinə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Fəxri Fərman və hədiyə təqdim edilib.






