Xəbərlər
ATİAHİ Səbail Rayon Komitəsinin üzv təşkilatları olan ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirildi.
15/06/2025, 11:22

İyunun 14-də ölkəmizin bütün ümumtəhsil müəssisələrində “Son zəng” çalınır. Ömrün ən şirin, duyğulu və qayğısız günlərini birləşdirən məktəb illəri “Son zəng” sədaları altında başa çatır. Bu zəngin sədaları isə ən çox XI sinif şagirdlərinin qəlbinin simlərini titrədir. Bu zənglə onlar tənəffüsə yox, həyatın yeni bir mərhələsinə qədəm qoyurlar.ATİAHİ Səbail Rayon Komitəsinin üzv təşkilatları olan ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirildi. ATİAHİ komandası məktəblərin kollektivini təbrik edir və məzunlara gələcək həyatlarında uğurlar arzulayır.




