Xəbərlər
ATİAHİ Yardımlı rayon komitəsinin təşkilatçılığı ilə görkəmli oftalmovloq-alim, akademik, əməkdar elm xadimi Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə Zərifə xanım Əliyeva adına Yardımlı şəhər uşaq bağçasında tədbir keçirildi.

Zərifə xanım Əliyeva-102
28 aprel 2025-ci il tarixdə ATİAHİ Yardımlı rayon komitəsinin təşkilatçılığı ilə görkəmli oftalmovloq-alim, akademik, əməkdar elm xadimi Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə Zərifə xanım Əliyeva adına Yardımlı şəhər uşaq bağçasında tədbir keçirildi.
Tədbir görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın büstü ziyarət olundu, önünə gül dəstələri qoyuldu.Tədbir rəsmi hissə ilə davam etdi.
Tədbirdə iştirak edən Yardımlı RİH birinci müavini A.Xamiyev, Yardımlı RTS müdiri K.Təhməzov və ATİAHİ Yardımlı rayon komitəsnin sədri A.Əkbərov çıxış edərək müstəsna xidmətləri ilə əbədilik qazanan Zərifə Əliyevanın mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi haqda geniş məruzə etdilər. Tədbir bədii proqramla başa çatdı.
Sonda ATİAHİ Yardımljı rayon komitəsi tərəfindən Zərifə xanım Əliyeva adına Yardımlı şəhər uşaq bağçasının işçilərinə və uşaq kontingentinə hədiyyələr verildi.







