“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Bir qrup təhsil işçisi Müəllimlərin XXI Yay İdman Oyunlarında iştirak edir

27/08/2025, 18:22
xeber1

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin dəstəyi ilə bir qrup təhsil işçisi 26–31 avqust 2025-ci il tarixlərində Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXI Yay İdman Oyunlarında iştirak edir.

 

Tədbir Bolqarıstan Müəllimlər Birliyi və Bolqarıstan İşçilərin “İdman və Sağlamlıq” Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilir.

 

Dörd gün davam edəcək yarışlarda Təhsil üzrə Avropa Həmkarlar İttifaqları Komitəsinə üzv təşkilatları təmsil edən 29 komanda 12 idman növü üzrə mübarizə aparır. Azərbaycan komandası mini futbol, şahmat, çimərlik voleybolu, stolüstü tennis və basketbol yarışlarında iştirak edir.

 

Yarışların əsas məqsədi təhsil işçiləri arasında sağlam həyat tərzini təşviq etmək, idmana marağı artırmaq, beynəlxalq təcrübə mübadiləsini genişləndirmək və müxtəlif ölkələrin həmkarlar ittifaqları arasında dostluq və əməkdaşlıq əlaqələrini daha da gücləndirməkdir.

 

Qeyd edək ki, elm və təhsil işçilərinin beynəlxalq həmrəyliyini, sağlam həyat tərzini və dostluq əlaqələrini möhkəmləndirən Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: