Xəbərlər
Bu gün Zəngilan Şəhəri Günüdür!
20/10/2025, 10:20

Bu gün Azərbaycan xalqı üçün qürur və zəfər dolu bir gündür!
20 oktyabr 2020-ci ildə qəhrəman Azərbaycan Ordusu Zəngilan şəhərini və rayonun bir çox kəndlərini düşmən işğalından azad etmişdir.
Zəngilanın azad olunması 44 günlük Vətən müharibəsinin ən önəmli mərhələlərindən biri idi. Bu tarixi qələbə xalqımızın birliyinin, igid oğullarımızın qəhrəmanlığının və Ali Baş Komandanımızın qətiyyətli iradəsinin parlaq təzahürüdür.
Bu gün Zəngilan yenidən qurulur, həyat qayıdır, doğma sakinlər doğma torpaqlarına dönür.
Zəngilan artıq azaddır!



