“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil işçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsini Musa Məmmədovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir

21/10/2025, 10:53
xeber1




Фото


 · 

Публикации














5 oktyabr - Beynəlxalq Müəllimlər Günü, həm də rayonumuzun ilk qadın müəllimi olmuş Layə Əhmədovanın anım günüdür. O, 111 il bundan əvvəl Masallı rayonunun Mahmudavar ... Ещё







Rasim Nurullayev

Ruhu şad olsun!

















baku.ws

Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub















4 oktyabr 2025 ci il tarixdə Qızılavar kənd Ə.Mirzəyev adına tam orta ümumtəhsil məktəbinin müəllimi, uzun illər həmin məktəbin direktoru vəzifəsində çalışan Musa Məmmədovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə Musa müəllimin məzarını ziyarət etmiş, onun ruhuna dualar oxumuşlar.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin və dünyasını dəyişmiş müəllimlərimizin əziz xatirəsini yad etmişlər.

Tədbiri giriş sözü ilə açan Qızılavar kənd Ə.Mirzəyev adına tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Uğur Ağayev bu tədbirin əhəmiyyəti və gənc nəslin təlim-tərbiyəsindəki rolundan danisdi. Çıxış edən natiqlər - Qızılavar kənd Ə. Mirzəyev adına tam orta ümumtəhsil məktəbin direktoru Lətifə Qəmbərzadə, Elm və Təhsil işçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayev, şair- müəllim Xanəli Tolış, Musa müəllimin müəllim həmkarı Həmdulla Məmmədov, DİİXİHİ-nin Masallı rayon sədri Camal Hüseynov, Masallı şəhər 7 saylı tam orta ümumtəhsil məktəbinin direktoru Samit Islamov, Vəkillər Kollegiyasının üzvü Əlimərdan Sadıxov, yubilyarın övladları Nüşabə xanım, Zeynəb xanım, nəvələri- biologiya elmləri üzrə fəlsəfə doktoru Şəbnəm Xəlil və TƏBİB-in daxili kommunikasiya şöbəsinin müdiri Konul Xəlil, şair-müəllim Camal Lələzoə, veteran müəllim Adil Ağayev, əməkdar müəllim Azadxan Pasayev, ,veteran tarix müəllimi Səxavət Qurbanov Musa müəllim haqqında öz xatirələrini bölüşüb, əziz müəllimlərini böyük ehtiramla yad edərək, onun fəaliyyətini həm bir pedaqoq kimi, həm də el ağsaqqalı kimi dəyərləndirmişlər.

Tədbirin sonunda Musa müəllimin ailəsi adından çıxış edən oğlu İlham Məmmədov və gəlini Mehparə xanım tədbir iştirakçılarına öz dərin minnətdarlığını bildirmiş, Musa müəllim haqqında xoş sözlər söyləyən hər bir iştirakçıya xüsusi ehtiramlarını ifadə etmişlər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: