“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Masalll Rayon Komitəsinin əhatə dairəsində olan müəssisələrdə“Narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə”

21/10/2025, 10:46
xeber1

ETİHİ Masalll Rayon Komitəsinin əhatə dairəsində olan müəssisələrdə gənclər arasında narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, sağlam həyat tərzinin təbliği məqsədilə texniki-riyaziyyat təmayüllü "Dəfinə" liseyində, Boradigah qəsəbə İ.Nağıyev adına 2 nömrəli tam orta, Təzə Alvadi kənd E.Əhədov adına 1 nömrəli tam orta, Banbaşı kənd C.Qasımov adına tam orta, Təzəkənd kənd R.Nəbiyev adına tam orta, Hacıtəpə kənd Z.Zeynalov adına tam orta və Yeni Zuvand kənd tam orta ümumtəhsil məktəblərində maarifləndirici tədbirlər keçirilib.

Tədbirlərdə Masallı Rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəb direktorları, ETİHİ Masallı Rayon Komitəsinin, Masallı Rayon Polis Şöbəsinin, Masallı rayonu üzrə təhsil sektorunun əməkdaşlari , müəllimlər , şagird və tələbə heyəti iştirak ediblər.

Natiqlər “Narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusu ətrafında çıxışlar edərək narkotik vasitələrin insan sağlamlığına, ailə və cəmiyyətə vurduğu ağır fəsadlar barədə məlumat veriblər. Qeyd olunub ki, gənclərin sağlam həyat tərzini seçməsi, idman və faydalı məşğuliyyətlərə üstünlük verməsi onların gələcək uğurlarının əsas şərtidir.

Tələbələrə və şagirdlərə zərərli vərdişlərdən uzaq durmaq, düzgün seçimlər etmək və sağlam həyat tərzinə sadiq qalmaq barədə tövsiyələr verilib. Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

ETİHİ Masallı Rayon Komitəsi əmin edir ki, tələbə və şagirdlar arasında maarifləndirici tədbirlərin keçirilməsi istiqamətində digər rayon təşkilatları ilə əməkdaşlığı davam etdirəcək.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: