“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İ Şıxlı adına Kosalar kənd tam orta ümumtəhsil məktəbində keçirilən "65" illik yubiley tədbiri.

21/10/2025, 10:15
xeber1

05.06.2025-ci il tarixdə ATİAHİ Qazax RK təşkilatçılığı ilə Qazax Rayon İsmayıl Şıxlı adına kosalar kənd tam orta ümumtəhsil məktəbin müəllimi "Qabaqcıl Təhsil işçisi", "Azərbaycan Respublikasının Fəxri Bədən tərbiyəsi və idman işçisi" Əliyev Rayət Səhlədar oğlunun "65" illik yubileyi tədbiri keçirildi. Tədbirdə ATİAHİ Qazax Rk Sədri D.Həsənova, Təhsil Sektorunun aparıcı məsləhətçisi M.Vəkilov, İ.Şıxlı adına məktəbin direktoru S.Hüseynov, Qazax-Tovuz Regional İdman idarəsinin rəisi Ə.Məsmalıyev,Qazax veteranlar təşkilatının sədri A.Məmmədov, BDU-nun Qazax filialının rektor müavini M.Yusibov, Daş Salahli kənd mədəniyyət evinin müdiri N.Mustafayeva, QDSİK- kollecinin direktor müavini V.Eyyubov şairin yaradıcılığından bəhs edərək təbriklərini çatdırdılar. Şair tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi. Tədbir aşıqların müxəmməsi ilə başa çatdı.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: