Xəbərlər
Milli Qurtuluş Gününün 32 illiyinə həsr olunmuş “Azərbaycan dövlətçiliyinin xilas günü” adlı konfrans keçirilib

ETİHİ Masallı Rayon Komitəsinin əhatə dairəsində fəaliyyət göstərən Masallı Dövlət Regional Kollecinin və Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Milli Qurtuluş Gününün 32 illiyinə həsr olunmuş “Azərbaycan dövlətçiliyinin xilas günü” adlı konfrans keçirilib. Konfrans iştirakçıları Ümummilli Liderin abidəsini ziyarət etdikdən sonra Mərkəzin geniş zalında davam edən tədbir Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması, dövlət himnimizin səsləndirilməsi ilə başlayıb.Sonra Müstəqillik Gününə həsr olunmuş videoçarx izlənilib.Konfransı giriş sözü ilə açan Masallı Dövlət Regional Kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Rövşən Qurbanov iştirakçıları salamladıqdan sonra onları qarşıdan gələn Müstəqillik Günü münasibətilə təbrik edib. Tədbirdə Masallı rayonu üzrə təhsil sektorunun, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının, Lənkəran Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetin Cəlilabad filialının, Astara Pedoqoji Kollecinin, Masallı rayon Tarix-Diyarşünaslıq Müzeyinin, Masallı rayon Heydər Əliyev Mərkəzinin Masalli rayonu Ağsaqqallar şurasının, "Masallı ziyalilari" ictimai birliyinin nümayəndəlri iştirak ediblər. Çıxış edənlər ulu Öndərin həyat və fəaliyyəti haqqında iştirakçilara ətraflı məlumat verərək vurğulayıblar ki, XX əsr Azərbaycan tarixinin böyük hissəsi Heydər Əliyevin genişmiqyaslı quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Ulu Öndərin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq öz müstəqilliyinə qovuşduğu tarixi mərhələdir.








