“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Müəllimə Sevda Abbasəliyevanın 65 yaşını yubileyi qeyd edildi

30/10/2025, 11:46
xeber1



Şabran şəhər Roman Yusifov adına 2 nömrəli tam orta ümumtəhsil məktəb-liseyin ibtidai sinif müəllimi, pedaqoji sahədə uzun illər ərzində göstərdiyi fədakar xidmətlərlə tanınan Abbasəliyeva Sevda Abbas qızının 65 yaşı tamam olur. Bu əlamətdar hadisə münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran Rayon Komitəsi tərəfindən müəllimə təltif edilərək fəxri-fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.


Sevda Abbas qızının təhsil sahəsindəki zəhmətinə və uşaqların təlim-tərbiyəsindəki uğurlarına diqqət çəkən rayon komitəsi, onun uzun illər ərzində ibtidai sinif müəllimi kimi gənc nəsillərə savadlılıq, düzgünlük və əxlaq dərsləri verdiyini vurğulayıb. Təltif mərasimində müəllimənin ömrünü verdiyi təhsil sahəsindəki əməyinin əhəmiyyəti, ona göstərilən hörmət və ehtiram ifadə olunub.


Yubiley münasibətilə təşkil olunan tədbirdə Abbasəliyeva Sevda Abbas qızına dərin təşəkkürlər, ən xoş arzular və gələcək fəaliyyətində daha böyük uğurlar dilənib. Onun təhsil sahəsindəki fəaliyyəti və şagirdləri üzərindəki müsbət təsiri hər zaman xatırlanacaq.


Müəlliməyə bir daha uzun ömür, möhkəm can sağlığı, ailə səadəti və gələcək işlərində daha çox uğurlar arzulayır, təhsil sahəsindəki fəaliyyətində yeni uğurların onu gözlədiyini bildiririk.


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: