Xəbərlər
“Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə”

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsi tərəfindən keçirilən tədbir “Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizədə” maarifləndirmə, qanunvericilik və profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də gənclər, valideynlər və müəllimlər arasında əməkdaşlığın artırılması məqsədi daşıyırdı. Tədbirə səhiyyə və hüquq-mühafizə orqanlarının nümayəndələri, məktəb müəllimləri, həkimlər və şagirdlər qatılmışdır. Tədbirdə komitə rəhbəri tədbirin vacibliyini vurğuladı.Narkomaniyaya qarşı mübarizənin yalnız hüquq-mühafizə tədbirləri ilə məhdudlaşmadığını-maarifləndirmə, sosial müdafiə və profilaktik programların eyni dərəcədə vacib olduğunu bildirdi.





