Xəbərlər
Qadın TAEKVONDOÇULARININ mübarizəsində nailiyyətlərilə seçilən Əkbərova Minayə Tapdıq qızı ilə görüş keçirilib.

ETİHİ Ağcabədi Rayon Komitəsinin təşkilatçılığı ilə Şəhər 1 nömrəli tam ümumtəhsil orta məktəbində Əkbərova Minayə Tapdıq qızı ilə görüş təşkil edildi.
Qadın TAEKVONDOÇULARININ mübarizəsində nailiyyətlərilə seçilən Əkbərova Minayə Tapdıq qızı 2001-ci ildə Ağcabədi rayonunda dünyaya göz açıb.Şəhər 1 nömrəli tam ümumtəhsil orta məktəbi bitirib
2014-cü ildə Bakıda keçirilən yeniyetmələrin birinci dünya çempionatının gümüş medal mükafatçısı;2015-2016-cı illərdə Türkiyədə keçirilən klublar arası avropa çempionatının bürünc medal;
2018-ci ildə qeyd edilən yarışın qızıl medal mükafatçısı;
2021-ci ildə Sofiya şəhərində keçirilən böyüklər arası avropa çempionatında bürünc medal;
7 qat Azərbaycan çempionu.
Konya şəhərində keçirlmiş V İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı ilə həmkarlar təkşilatının üzvüləri və şagirdlərin yadda qalan görüşü oldu.Dünya çempionatına hazırlaşan Minayə xanıma uğurlar diləyirik
















