Xəbərlər
Şabran şəhərinin Roman Yusifov adına 2 nömrəli tam orta məktəb-liseyinin ibtidai sinif müəllimiSevda Şahbazovanın 65 Yaş Yubileyi Qeyd Olundu

Şabran şəhərinin Roman Yusifov adına 2 nömrəli tam orta məktəb-liseyinin ibtidai sinif müəllimi, uşaqların ruhuna işıq salan və təhsildə yeni nəsillərə həyat dərsləri verən Şahbazova Sevda Qarakişi qızının 65 illik yubileyi qeyd edilib. Bu əlamətdar hadisə münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran Rayon Komitəsi tərəfindən Sevda müəllimə fəxri-fərmanla təltif olunmuş və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Tədbir, Sevda müəllimənin uzun illər boyu göstərdiyi fədakar əməyin və təhsil sahəsindəki əvəzsiz töhfələrinin bir daha qiymətləndirildiyi unudulmaz anlarla yadda qaldı. Şahbazova Sevda müəllimə, yalnız şagirdlərinə deyil, həm də kollektivinə ilham verən, onlara yüksək insanlıq və təhsil dəyərləri aşılayan bir peşəkar olaraq hər zaman hörmətlə anılacaqdır.







