Xəbərlər
Samuxda “Anım Günü”nə həsr olunmuş şahmat yarışı keçirilib.
25/09/2025, 17:21

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux Rayon Komitəsi və Samux rayon Uşaq Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə "27-Sentyabr Anım Günü"nə həsr olunmuş uşaq-gənclər arasında şahmat, stolüstü tennis və cüdo idman növləri üzrə yarışlar keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və ümummilli lider Heydər Əliyevin, eləcə də Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
24-25 sentyabr tarixlərində keçirilən yarışda qaliblər ETİHİ Samux Rayon Komitəsi tərəfindən kubok, diplom, və medallarla təltif olunublar.





