Xəbərlər
Şəhid ailələri ilə görüş
22/10/2025, 10:33

Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, onların ailələrinə göstərilən dövlətin xüsusi diqqət və qayğısını dəstəkləməkdən qürur duyuruq.
Bu gün Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qaradağ Rayon Komitəsi olaraq şəhid ailələri ilə görüş keçirdik. Görüş çərçivəsində yeni dərs ilində şəhid övladlarının məktəbli ləvazimatları ilə təmin olunması ənənəsini davam etdirdik.
Bu təşəbbüsün həyata keçirilməsində verdiyi dəstəyə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə minnətdarlığımızı bildiririk.
Şəhid ailələrinin yanında olmaq bizim üçün sadəcə bir vəzifə deyil, həm də müqəddəs borcdur.












