Xəbərlər
01.06.2026-cı il tarixdə ETİHİ Balakən Rayon Komitəsi, Şəki-Zaqatala Regional Təhsil İdarəsi Balakən Rayon üzrə Təhsil Sektorunun və birgə təşkilatçılığı ilə 1 İyun "Beynəlxalq Uşaqların Müdafiə günü " İlə əlaqədar şəhid ailələri ilə görüş keçirilib.

01.06.2026-cı il tarixdə ETİHİ Balakən Rayon Komitəsi, Şəki-Zaqatala Regional Təhsil İdarəsi Balakən Rayon üzrə Təhsil Sektorunun və birgə təşkilatçılığı ilə 1 İyun "Beynəlxalq Uşaqların Müdafiə günü " İlə əlaqədar şəhid ailələri ilə görüş keçirilib. Tədbirdə Balakən Rayon üzrə Təhsil Sektorunun müdiri Mehparə xanım Mirzəyeva və ETİHİ Balakən Rayon Komitəsinin əməkdaşı Zəminə xanım Həsənova iştirak etdi. Tədbirdə çıxış edən Balakən Rayon üzrə Təhsil Sektorunun müdiri Mehparə xanım Mirzəyeva öz çıxışında dövlətimiz tərəfindən uşaqlarin hüquqlarının qorunması onlara göstərilər qayğıdan söz açıb. Tədbirdə şəhid övladlarına ETİHİ Balakən Rayon Komitəsi tərəfindən hədiyyələr təqdim olunub. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının çoxsaylı İttifaq üzvləri adından gələcəyimiz olan uşaqları təbrik edir onlara uğurlar arzulayırıq.








