“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

01.07.2026. Yay məzuniyyətinin ilk günü S. Paşayev adına 6 nömrəli tam orta məktəbinin kollektivi Şəki ekskursiyası ilə yadda qaldı

03/07/2026, 17:16
xeber1


Kürdəmir rayonu S. Paşayev adına 6 nömrəli tam orta məktəbinin kollektivi yay məzuniyyətinin ilk gününü ETİHİ Kürdəmir Rayon Komitəsinin təşkilatçılığı ilə Şəkiyə təşkil olunan ekskursiya ilə qeyd edib.


Səfər zamanı müəllimlər Şəkinin tarixi-memarlıq abidələrini ziyarət edib, bölgənin zəngin mədəni irsi və füsunkar təbiəti ilə yaxından tanış olublar. Ekskursiya iştirakçılara xoş istirahət imkanı yaratmaqla yanaşı, maarifləndirici və yaddaqalan anlarla yadda qalıb.


Kollektiv üzvləri yüksək səviyyəli təşkilatçılığa və göstərilən diqqətə görə ETİHİ Kürdəmir Rayon Komitəsinə təşəkkürlərini bildiriblər. Qeyd edilib ki, bu cür təşəbbüslər müəllimlərin asudə vaxtının səmərəli təşkili, kollektiv ruhunun möhkəmləndirilməsi və peşə fəaliyyətinə daha yüksək motivasiya ilə qayıtmalarına mühüm töhfə verir.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: