Xəbərlər
02 sentyabr 2025-ci il tarixdə Masallı rayon Heydər Əliyev Mərkəzində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin əhatə dairəsində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin ali məktəblərə qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərən məzunları ilə görüş.

02 sentyabr 2025-ci il tarixdə Masallı rayon Heydər Əliyev Mərkəzində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin əhatə dairəsində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin ali məktəblərə qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərən məzunları ilə görüş keçirildi.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Masallı rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev, ETİHİ Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayev, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, idarə və müəssisə rəhbərləri, məktəb direktorları, müəllimlər,fəal ittifaq üzvləri iştirak etdilər.
Tədbir Ulu Öndər Heydər Əliyevin, vətənimizin azadlığı uğrunda canlarından qurban verən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi.
Tədbirdə çıxış edən nümayəndələr ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentləri, onların üzərində zəhməti olan müəllimlərini və valideynlərini təbrik etdilər. Qeyd edlildi ki, 2024/2025-ci tədris ilində rayon ümumtəhsil məktəblərinin XI siniflərini bitirən 1800 məzundan 985 nəfəri ali məktəblərə qəbul olmaq üçün qeydiyyatdan keçmiş, onlardan 700 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olan məzunlardan 35 nəfərinin 600 baldan, 61 nəfərinin isə 500 baldan yuxarı nəticə göstərdiyi bildirildi. Həmçinin 500 baldan yuxarı nəticə göstərən məzunlardan 36 nəfərini, 600 baldan yuxarı nəticə göstərən məzunlardan isə 17 nəfərini qızlar təşkil etdiyi vurğulandı.
Tədbir məktəbəqədər və ümumtəhsil məktəb şagirdlərinin ifa etdikləri musiqi nömrələri ilə davam etdirildi.
Sonda 600 baldan yuxarı nəticə göstərmiş abituriyentlər fəxri fərman və qiymətli hədiyyələrlə təltif edildilər.





