Xəbərlər
02.06.2026- cı il tarixdə ETİHİ Balakən rayon komitəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsi Balakən rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Katex kənd 2 nömrəli körpələr evi-uşaq bağçasının sanitar dayəsi Qalayçıyeva Gülşən Şaban qızının yubiley tədbiri qeyd edilib.

02.06.2026- cı il tarixdə ETİHİ Balakən rayon komitəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsi Balakən rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Katex kənd 2 nömrəli körpələr evi-uşaq bağçasının sanitar dayəsi Qalayçıyeva Gülşən Şaban qızının yubiley tədbiri qeyd edilib. ETİHİ Balakən rayon komitəsinin hədiyyəsi ETİHİ Balakən Rayon Komitəsinin əməkdaşı Zəminə xanım Həsənova tərəfindən Qalayçıyeva Gülşən Şaban qızına təqdim edildi. Tədbirdə Katex kənd 2 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi iştirak edib. Gostərilən diqqət və qayğıya görə Qalayçıyeva Gülşən Şaban qızı ETİHİ Respublika komitəsinin rəhbərliyinə və ETİHİ Balakən rayon komitəsinin rəhbərinə öz təşəkkürünü bildirib. ETİHİ Balakən rayon komitəsi adından Qalayçıyeva Gülşən Şaban qızına can sağlığı, işlərində uğurlar gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edirik.




