“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

02.07.2026.Müəllimlərin asudə vaxtının səmərəli təşkili istiqamətində növbəti ekskursiya həyata keçirilib

03/07/2026, 17:21
xeber1


ETİHİ Kürdəmir Rayon Komitəsinin təşkilati dəstəyi ilə F. Həşimov adına 3 saylı tam orta məktəbin müəllim kollektivi üçün ekskursiya təşkil olunub.


Ekskursiyanın əsas məqsədi müəllimlərin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin edilməsi, kollektiv daxilində həmrəyliyin möhkəmləndirilməsi və ölkəmizin tarixi-mədəni irsinin daha yaxından tanıdılması olub.


Ekskursiya çərçivəsində müəllimlər əvvəlcə Şəki şəhərinin tarixi və görməli məkanları ilə tanış olub, daha sonra Şəki Yaylası İstirahət Mərkəzində istirahət edərək xoş və yaddaqalan anlar yaşayıblar. Səfər iştirakçıları ekskursiyanın yüksək səviyyədə təşkilindən məmnun qaldıqlarını bildiriblər.


ETİHİ Kürdəmir Rayon Komitəsi təhsil işçilərinin sosial rifahının yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili və mənəvi dəyərlərinin inkişafına xidmət edən bu cür layihələrin həyata keçirilməsini bundan sonra da davam etdirəcək.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: