Xəbərlər
03 - 13 fevral 2026-cı il tarixlərində Gəncə şəhər Olimpiya İdman Kompleksində yunan - Roma və sərbəst güləş idman növü üzrə Azərbaycan çempionatı keçirilib.

03 - 13 fevral 2026-cı il tarixlərində Gəncə şəhər Olimpiya İdman Kompleksində
yunan - Roma və
sərbəst güləş idman növü üzrə Azərbaycan çempionatı keçirilib.
Bu çempionatda Yevlax rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin yetirmələri olmuş İsmayılzadə Elcan Nəsib oğlu
(79 kq) və İsmayılov Mühəmməd Valeh oğlu
(57 kq) birincilik uğrunda mübarizə aparıb. Gərgin keçən idman mübarizəsində hər iki güləşçi bütün rəqiblərini yenərək "U - 20" Azərbaycan Çempionu adını qazanıblar.
Bu münasibətlə qalibləri, məşqçi müəllimləri və onların valideyinlərini ürəkdən təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq.
Məşqçi müəllimlər :
1) Tofiq Tağıyev.
2) Şöhrət Şükürov.







