Xəbərlər
03 mart 2026-cı il tarixində ETİHİ Salyan Rayon Komitəsində rayonun təhsil müəssisələrinin ilk həmkarlar ittifaqı təşkilatları sədrlərinin iştirakı ilə 2026-cı ilin Fəaliyyət Planına dair görüş keçirilib.

Görüş zamanı cari il ərzində Rayon Komitəsi və üzv təşkilatlar tərəfindən icrası nəzərdə tutulan tədbirlər, sosial layihələr və təşkilati məsələlər ətrafında müzakirələr aparılıb.
Göruləcək işlərin daha səmərəli və sistemli şəkildə həyata keçirilməsi, ittifaq üzvləri ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində təkliflər verilib, eləcə də qarşıya çıxan problemlərin operativ həlli istiqamətində fikir mübadiləsi aparılıb.
Eyni zamanda, ilk həmkarlar ittifaqı sədrlərinə ittifaq üzvləri tərəfindən ünvanlanan müraciətlərin həlli üçün müvafiq tapşırıqlar verilib. Həmçinin,
onlara ittifaqın əsas vəzifələri, fəaliyyət istiqamətləri bir daha aydın şəkildə açıqlanıb, həyata keçirilən sosial layihələr və təminatlar barədə ətraflı məlumat verilib.













