“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

05 avqust 2025-ci il tarixdə Zaqatala rayonunun Yuxarı Tala kənd 1 saylı körpələr evi–uşaq bağçasında və Z.Murtuzəliyev adına Şəhər 1 nömrəli tam orta məktəbində maarifləndirici tədbir təşkil olunub.

21/10/2025, 13:51
xeber1

Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Zaqatala Rayon Komitəsinin sədri Bəhruz Bayramov, Şəki–Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Regional Təhsil İdarəsinin Zaqatala rayon üzrə Təhsil Sektorunun müdiri Kəmalə Əhmədova və hər iki təhsil müəssisəsinin pedaqoji kollektivləri iştirak ediblər.

Tədbir körpələrin ifasında təqdim olunan səhnəciklə başlayıb və daha sonra şagirdlərdə bədii qiraət bacarıqlarının və oxu mədəniyyətinin formalaşdırılması məqsədilə müzakirə və fikir mübadiləsi aparılıb. Şagirdlər oxuduqları əsərlər barədə təəssüratlarını bölüşüb, onlara mütaliənin əhəmiyyəti haqqında tövsiyələr verilib.

Sonda iştirakçılar bu kimi tədbirlərin uşaqlarda oxu vərdişlərinin möhkəmlənməsində və ədəbi zövqün formalaşmasında mühüm rol oynadığını vurğulayıblar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: