“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

06 iyun 2025-ci il tarixində Qurban bayramı münasibətilə ATİAHİ Mingəçevir şəhər komitəsi tərəfindən şəhid ailələri üçün bayram süfrəsi təşkil olunub.

13/10/2025, 11:22
xeber1

06 iyun 2025-ci il tarixində Qurban bayramı münasibətilə ATİAHİ Mingəçevir şəhər komitəsi tərəfindən şəhid ailələri üçün bayram süfrəsi təşkil olunub.

Bayram süfrəsində əvvəlcə şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna dualar oxunub.

Şəhid ailələrini bayram münasibətilə təbrik edən ATİAHİ Mingəçevir şəhər komitəsinin sədri Həqiqət Şahmuradova

şəhid ailələrinin üzvlərini bayram münasibətilə təbrik edib, müqəddəs Qurban bayramının xeyirxahlıq, həmrəylik kimi ali dəyərləri özündə birləşdirən xüsusiyyətlərindən danışıb, başımızı uca edən şəhidlərimizin ailə üzvlərinə hörmət və ehtiramın daim uca tutulduğunu qeyd edib, şəhid ailələrinə, qazilərə göstərilən yüksək diqqət və qayğıdan söhbət açıb.

Görüşdə çıxış edən şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: