Xəbərlər
06.03.2026 tarixində Gənc İstedadlar Liseyində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadın əməkdaşlarla görüş təşkil olunub.
11/03/2026, 13:37

Həmkarlar ittifaqının dəstəyi ilə baş tutan görüş zamanı liseyimizin qadın əməkdaşları səmimi şəkildə təbrik olunub, onların təhsil sahəsində göstərdikləri fədakar fəaliyyət və zəhmət yüksək qiymətləndirilib.
Tədbir çərçivəsində qadın əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar, möhkəm can sağlığı və yeni nailiyyətlər arzulanıb.





