Xəbərlər
07 may 2025-ci il tarixində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi təhsil işçilərinin hüquqi maarifləndirmə işinin təşkili üçün "Həmkardan həmkara hüquqi dəstək" adlı layihə çərçivəsində ixtisasartırma təlimlərinə start verib.

Göygöl rayonunda fəaliyyət göstərən körpələr evi - uşaq bağça müdirləri üçün keçirilən təlimdə işəgötürənin hüquq və vəzifələri, kollektivdə işləyən təhsil işçilərinin layiqli əməyinin təmin olunması, rəğbətləndirmə mexanizmləri mövzularında interaktiv formada təlim keçirilib.
Təlim maraqlı qrup işləri, komandaların təqdimatları, aktiv müzakirələrlə yadda qalıb.
Təlim sessiyaları aralığında iştirakçılar üçün çay-kofe fasiləsi təşkil olunub.
Təlimin yekununda "Həmkardan həmkara hüquqi dəstək" ixtisasartırma təlimində iştirak edən körpələr evi- uşaq bağçası müdirlərinə iştirakçı diplomları təqdim olunub.
Təlim sonunda iştirakçılar ATİAHİ Respublika Komitəsinin rəhbərliyinə göstərilən diqqət və dəstəyə görə təşəkkürlərini bildiriblər.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi təhsil işçilərinin hüquqi maarifləndirmə işini bundan sonra da davam etdirəcək.
Press-reliz (xəbər) barədə yarana biləcək suallara cavab verəcək məsul şəxs:
ATİAHİ Göygöl Rayon Komitəsinin sədri: Elnur Hacıyev
Əlaqə nömrəsi: +994502736336
Elektron ünvan: atiahi-goygol-rk@mail.ru





















