“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

07 may 2025-ci il tarixində Göygöl Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı, Göygöl rayonu üzrə təhsil sektoru, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş basketbol turniri başa çatıb.

21/10/2025, 07:45
xeber1

Turnirin yekun tədbirində Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatnın sədri Vüqar İsayev, Göygöl rayonu üzrə təhsil sektorunun müdiri Elnur Qasımov, ATİAHİ Göygöl Rayon Komitəsinin sədri Elnur Hacıyev iştirak edib.

Gərgin və maraqlı keçən qarşılaşmaların yekununda qaliblər müəyyən edilib.

Ulu öndər Heydər Əliyevin 102 illiyinə həsr olunmuş basketbol yarışının nəticələri aşağıdakı kimi olub:

* I yer - Göygöl rayonu Xaqani kənd tam orta məktəb

* II yer - Göygöl şəhəri 3 nömrəli tam orta məktəb

* III yer - Göygöl rayon Aşıqlı kənd tam orta məktəb

Yarışın sonunda qalib komandalara Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi tərəfindən medallar, diplomlar, kubok və hədiyyələr təqdim olunub.

Turnir iştirakçıları ATİAHİ Respublika Komitəsinin rəhbərliyinə göstərilən diqqət və dəstəyə görə təşəkkürlərini bildiriblər.

Press-reliz (xəbər) barədə yarana biləcək suallara cavab verəcək məsul şəxs:

ATİAHİ Göygöl Rayon Komitəsinin sədri: Elnur Hacıyev

Əlaqə nömrəsi: +994502736336

Elektron ünvan: atiahi-goygol-rk@mail.ru

#AHİK

#ATİAHİ

#GöygölrayonİcraHakimiyyəti

#YeniAzərbaycanPartiyasıGöygölrayontəşkilatı

#ATİAHİninGöygölRayonKomitəsi

#MÜTDA

#GəncəDaşkəsənRegionalTəhsilİdar

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: