“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

07 oktyabr 2025-ci il tarixində Göygöl rayon Ərşad Məmmədov adına Üçtəpə kənd tam orta məktəbində Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş tədbir keçirilib.

21/10/2025, 15:57
xeber1

Tədbir çərçivəsində məktəbə infotur təşkil olunub, peşə təmayüllü sinifdə əməyin təhlükəsizliyi mövzusunda bir akademik saat dərs keçirilib.

İştirakçılar əməyin təhlükəsizliyi jurnalının yazılması prosesi ilə tanış olub və jurnala imza atmazdan əvvəl təhlükəsizlik qaydaları barədə təlimatlandırılıblar. Bundan əlavə, peşə təmayüllü siniflərdə əməyin təhlükəsizliyi ilə bağlı dərs izlənilib.

Daha sonra Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Maarifləndirici görüş keçirilib.

Tədbirdə ərazi üzrə icra nümayəndəliyinin, kənd bələdiyyəsinin, Göygöl Dövlət Yanğından Mühafizə Hissəsinin nümayəndələri, eləcə də sahibkarlar və media nümayəndələri iştirak ediblər.

Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş tədbir əmək mədəniyyətinin, təhlükəsiz iş mühitinin təşviqi və gənc nəslin bu mövzuda maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi Göygöl rayonunda fəaliyyət göstərən təhsil müəssisələrində çalışan ittifaq üzvlərinin sağlam və təhlükəsiz iş mühitində işləməsi üçün bundan sonra da zəruri işləri bundan sonra da davam etdirəcək.

Press-reliz (xəbər) barədə yarana biləcək suallara cavab verəcək məsul şəxs:

ETİHİ Göygöl Rayon Komitəsinin sədri: Elnur Hacıyev

Əlaqə nömrəsi: +994502736336

Elektron ünvan: goygol-hik@etihi.org

#AHİK

#ElmVəTəhsilİşçiləriHəmkarlarİttifaqı

#Göygöl

#GöygöldəTəhsil

#ÜmumdünyaLayiqliƏməkGünü

#GöygölTəhsil

#ƏməkTəhlükəsizliyi

#ƏdalətliƏmək

#SağlamİşMühiti

#GəncNəsilMaariflənsin

#PeşəTəmayüllüTəhsil

#Təhlükəsizİşyerləri

#ƏməkMədəniyyəti

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: