“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

07.11.2025-ci il tarixdə Mingəçevir şəhər İ.Kişiyev adına 17 nömrəli tam orta ümumtəhsil məktəbində "8 Noyabr - Zəfər Günü"nə həsr olunan " Zəfərin mübarək, Azərbaycan!" adlı tədbir böyük coşqu ilə qeyd olundu.

06/01/2026, 16:21
xeber1

07.11.2025-ci il tarixdə Mingəçevir şəhər İ.Kişiyev adına 17 nömrəli tam orta ümumtəhsil məktəbində "8 Noyabr - Zəfər Günü"nə həsr olunan " Zəfərin mübarək, Azərbaycan!" adlı tədbir böyük coşqu ilə qeyd olundu.

Azərbaycan Respublikasının dövlət Himni səsləndirildi, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi anıldı.

Məktəbin direktoru Mənsur Həsənov çıxış edərək tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimlərinin rəhbərliyi və şagirdlərin iştirakı ilə keçirilən ədəbi bədii kompozisiyada şeirlər səsləndi,səhnəcik ,rəqs, mahnılar təqdim olundu, Zəfər gününə həsr olunmuş videoçarxlar nümayiş olundu.Şagirdlərə Zəfər günü ilə bağlı hazırladıqları ən yaxşı rəsm və əl işlərinə görə rəhbərlik tərəfindən Fəxri fərmanla təltif olundular.

Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagirdlər, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Mingəçevir Şəhər Komitəsinin sədri Həqiqət Şahmuradova iştirak etdi.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: