Xəbərlər
09–12 dekabr 2025-ci il tarixlərində Balakən rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin Tədbirlər Planına uyğun olaraq, ETİHİ Balakən Rayon Komitəsi, Balakən rayon Gənclər və İdman sektoru və UGİŞM-in birgə təşkilatçılığı ilə 12 dekabr – Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr olunmuş şahmat üzrə 12, 14 və 16 yaş qrupları arasında məktəbin birinciliyi başa çatmışdır.

Tədbirdə məktəbin rəhbərliyi, ETİHİ Balakən Rayon Komitəsinin sədri cənab Ramazan Molulov, Gənclər və İdman sektorunun müdir əvəzi Sərxan Hacıyev və müavin Səfər Gəncəyev, məşqçi-müəllimlər, valideynlər, həmçinin qalib və fərqlənən şahmatçılar iştirak etmişlər. Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunmuş, Dövlət Himni səsləndirilmiş və Ulu Öndərin, eləcə də şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.
Bağlanış mərasimində çıxış edən natiqlər Heydər Əliyevin müdrikliyi, dövlətçilik ənənələrinə verdiyi töhfələr və xalqımıza göstərdiyi xidmətlərdən bəhs etmişlər. Ulu Öndərin əziz xatirəsi hər zaman qəlblərimizdə yaşayacaq.
Yarışın sonunda hər yaş qrupu üzrə 1–3-cü yerləri tutan oğlan və qız şahmatçıları, eləcə də onların məşqçi-müəllimləri ETİHİ Balakən Rayon Komitəsinin qiymətli hədiyyələri, Gənclər və İdman sektorunun və UGİŞM-in xatirə diplomları ilə təltif olunmuşlar.





