Xəbərlər
1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şirvanda tədbir keçirilib.

1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şirvanda tədbir keçirilib. 30 may 2025-ci il tarixdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şirvan Şəhər Komitəsinin və Şirvan Şəhər Sektorunun birgə təşkilatçılığı ilə Şirvan şəhərində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir təşkil olunmuşdur. Tədbirdə Şlrvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Şəhəri Hüquq Mühafizə Orqanlarının rəhbərləri, Şirvan - Salyan Regional Təhsil İdarəsinin rəhbərliyi iştirak edirdilər. Kiçik yaşlı məktəb şagirdlərinin və bağça uşaqlarının hazırladıqları əyləncəli və maraqlı səhnəciklər qonaqlarda xoş təəsüratlar yaratdılar. Tədbirin sonunda kiçik yaşlı uşaqlara ATİAHİ Şirvan Şəhər Komitəsi tərəfindən hədiyyələr paylanıldı. Bayramınız mübarək əziz balalar.













